Koronovirus Ermənistan ordusunu qırır..

6-03-2020, 00:00           
Koronovirus Ermənistan ordusunu qırır..
Ötən gündən başlayaraq Ermənistan ordusunda şəxsi heyətin koronavirusa yoluxma halları baş verir.

Teref.az-ın xəbərinə görə, bu barədə Gürcüstan KİV təmas xəttində olan mənbələrə istinadən məlumat yayıb.

“Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yerləşən erməni hərbi bölmələrində kütləvi xəstəlik yayılıb. Mən düşünürdüm ki, bu, hansısa infeksion xəstəlikdir. Ancaq dünən təxminən saat 9.00-dan 13.00-a kimi Ağdam və Tərtər rayonu arasında yerləşən ön xətt bölmələrində oldum. Müşahidələrim onu göstərdi ki, təkcə bu müddət ərzində Ağdamdan 2 hərbi tibbi maşın 14 dəfə, Tərtərdən 3 hərbi tibbi maşın 9 dəfə sürətli şəkildə ərazidən əsgər daşıyırdılar”, - mənbə bildirir.

Erməni əsgərlərinin Ağdərə və Xankəndində yerləşən hospitallara aparıldığı bildirilir:

“Xəstələnmiş erməni əsgərləri Ağdərə və Xankəndində yerləşən hospitallara aparılıblar. Xəstələrin əsas əlamətləri halsızlıq və kəskin hərarətdir. Müşahidələrə əsasən, demək olar ki, Ermənistan ordusunda koronavirus yayılıb, lakin Ermənistan hökuməti hələ ki itkiləri gizlədir”. / Report












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.