Koronavirus Toqoda da aşkarlandı

6-03-2020, 23:15           
Koronavirus Toqoda da aşkarlandı
Toqoda koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb. “Report”un məlumatına görə, bu barədə yerli “Republic of Togo” informasiya portalı bildirib.

Portalın xəbərinə görə, söhbət Almaniya, Fransa və Türkiyədə səfərdə olan 42 yaşlı qadından gedir.

Qeyd olunub ki, hazırda virusa yoluxan qadının vəziyyəti stabildir, yoluxucu xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan mərkəzə yerləşdirilib. Onunla yaxın təmasda olanlar nəzarətə götürülüb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 95ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 100 714-ə çatıb. Bunların 55 995 nəfəri sağalıb, 3 412 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru