Bu ölkədə koronavirus mağazası açıldı

7-03-2020, 00:53           
Bu ölkədə koronavirus mağazası açıldı
ABŞ-ın paytaxtı Vaşinqtonda Adilisha Patrom adlı sahibkar "koronavirus mağazası" açıb...


Teref.az medicina.az-a istinadən bildirir ki, mağazada Koronavirusun yeni növü (Covid-19), xüsusən maskalar, cərrahi əlcəklər və dezinfeksiyaedici maddələrə qarşı müxtəlif ehtiyat tədbirləri satılır.

Qeyd edək ki, dünyada "Covid-19" virusuna yoluxanların sayı 100 minə yaxınlaşarkən, mağazanın sahibi Adilisha Patrom böhranı fürsətə çevirib. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi tərəfindən hazırlanan məlumat broşuralarına əlavə olaraq, koronavirus mağazasında müxtəlif modellərin maskaları və müxtəlif ölçülü əl təmizləyici jellər var.

Belə ki, mağaza sahibi Patrom, maskalarını modelindən asılı olaraq, əlcəklər və dezinfeksiyaedici materiallardan ibarət dəstlərin qiyməti 20-30 dollar arasında dəyişdiyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru