AB Rusiyanı pandemiya fonunda "yalan məlumatlar yaymaqda" ittiham edir
30-03-2020, 14:55
AB Rusiyanı pandemiya fonunda "yalan məlumatlar yaymaqda" ittiham edir Tarix: Bu gün, 14:33 | Çap et AB Rusiyanı pandemiya fonunda "yalan məlumatlar yaymaqda" ittiham edir Almaniyadan olan Yaşıllar/Avropa Azad Alyansı fraksiyasının üç üzvü AB rəhbərliyini Rusiya tərəfindən həyata keçirildiyi iddia edilən koronavirusla əlaqədar yayılan dezinformasiya kampaniyasını araşdırmağa çağırıb.
SalamNews -un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə millət vəkillərinin məktubunda deyilir.
Siyasətçilər "xüsusilə Çin və Rusiyadan davam edən dezinformasiya və təbliğat kampaniyası"ndan ciddi narahatlıq duyduqlarını qeyd ediblər.
"Aydındır ki, Aİ-ni sarsıtmaq, yerli əhali və Avropa qonşuları arasında Aİ-nin, onun demokratik dəyərləri və təsisatlarına inamsızlıq yaratmaq istiqamətində cəhdlər edilir", məktubda deyilir.