Fransa koronavirusdan ölənlərin ümumi sayı 4 mini ötüb

2-04-2020, 08:37           
Fransa koronavirusdan ölənlərin ümumi sayı 4 mini ötüb
Fransada son sutkada koronavirusdan 509 yeni ölüm hadisəsi qeydə alınıb.

APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, ölkədə virusdan ölənlərin ümumi sayı 4032 nəfərə çatıb.

Bu göstərici ilə koronavirusdan ölənlərin sayına görə İtaliya İspaniya və ABŞ-dan sonra dördüncü olub.

Dövlət Səhiyyə Departamentinin direktoru Jerome Salomon mətbuat konfransında bildirib ki, koronavirusa yoluxanların ümumi sayı artaraq 56989 nəfərə yüksəlib.

O, 6017 insanın vəziyyətinin ağır olduğunu deyib.

Qeyd edək ki, Fransada koronavirusun yayıldığı gündən xəstəxanaların reanimasiya şöbələrində çarpayıların sayı 5 mindən 10 minə qədər artırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru