Nyu-Yorkda koronovirusdan ölənlərin sayı 8 min nəfəri ötüb

12-04-2020, 01:35           
Nyu-Yorkda koronovirusdan ölənlərin sayı 8 min nəfəri ötüb
Nyu-York ştatında yeni koronovirus səbəbindən ölənlərin sayı sutka ərzində 783 nəfər artaraq 8 min 627 nəfərə çatıb.

Bu barədə Nyu-York ştatının qubernatoru Endryu Kuomo mətbuat konfransında deyib.

“Dəhşətlisi odur ki, dünən ştatda 783 nəfər dünyasını dəyişib. Bu, qeydə alınan ən yüksək göstərici deyil”, - deyə o bildirib. Qubernatorun sözlərinə görə, aprelin 5-də Nyu-Yorkda koronavirus səbəbindən 599, aprelin 6-da 731, aprelin 7-də 779, aprelin 8-də 799, aprelin 9-da isə 777 nəfər ölüb.

“Gördüyünüz kimi, göstəricilər bir qədər sabitləşib. Lakin sabitləşmə dəhşətli səviyyədədir”, - deyə Endryu Kuomo əlavə edib. Xəstəxanaya ehtiyacı yaranan insanların artım tempinin də bir qədər aşağı düşdüyünü deyən qubernator, həmçinin ştatda işgüzar aktivliyə qoyulan məhdudiyyətlərin nə zaman ləğv ediləcəyi barədə aydınlıq olmadığını bildirib.

Bakı vaxtı ilə saat 00:30-a olan məlumata əsasən, ABŞ-da 525 mindən çox yoluxma və 20 min 304 ölüm faktı qeydə alınıb, 28 min 755 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.//AzərTac












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru