Putin MDB ilə bağlı qanun imzaladı

1-01-2016, 00:03           

Rusiyanın xarici siyasətinin əsas istiqamətlərindən biri MDB, Abxaziya və Cənubi Osetiya ilə münasibətləri inkişaf etdirməkdir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin milli təhlükəsizliklə bağlı imzaladığı qanunda deyilir.

Putin tərəfindən təsdiqlənən yeni strategiya 2009-cu ilin mayında imzalanan sənədi əvəz edib.

Qeyd edək ki, 29 dekabrda Rusiya tərəfindən verilən açıqlamada Abxaziyanın ictimai-iqtisadi inkişafı üçün 8 milyard rubl göndəriləcəyi bildirilmişdi.

Xatırladaq ki, bu gün Putin NATO-nun hərbi fəaliyyətinin genişlənməsi ilə bağlı da qanun imzalayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.