Rusiyadan Avropaya təhlükə artmaqda davam edir - Hollandiya kəşfiyyatı təxribatların hədəflərini açıqladı

Bu gün, 00:16           
Rusiyadan Avropaya təhlükə artmaqda davam edir - Hollandiya kəşfiyyatı təxribatların hədəflərini açıqladı
Rusiyadan Avropaya təhlükə artmaqda davam edir - Hollandiya kəşfiyyatı təxribatların hədəflərini açıqladı
Rusiya Hollandiya və digər Avropa ölkələrində daxili sabitliyi pozmağa yönəlmiş hibrid hücumları gücləndirir.

TEREF xəbər verir ki, bu barədə Hollandiyanın hərbi kəşfiyyat və təhlükəsizlik xidmətinin (MIVD) çərşənbə axşamı dərc olunmuş illik hesabatında bildirilib.

“Biz görürük ki, Rusiyadan Avropaya təhlükə artmaqdadır, o cümlədən Ukraynaya qarşı müharibənin mümkün sona çatmasından sonra”, - MIVD direktoru Peter Reisink bildirib. Onun sözlərinə görə, sülh və müharibə arasında “boz zona” adlanan münaqişə reallığa çevrilib. "Dövlət aktorları getdikcə daha çox hibrid hücumlar vasitəsilə cəmiyyətimizi sarsıtmağa çalışırlar. Xüsusilə Rusiya", - Reisnik əlavə edib.

Hollandiya kəşfiyyatı bildirir ki, rus hakerləri dövlət qurumlarından birinin (onun adı açıqlanmır) rəqəmsal əməliyyat sisteminə hücum həyata keçiriblər. Bundan əlavə, ehtimal ki, mümkün təxribata hazırlıq məqsədilə ölkənin kritik infrastrukturunu hədəf alan Rusiya kiber əməliyyatı qeydə alınıb.

Hibrid təhdidlərə həm infrastruktura fiziki hücumlar, həm də dezinformasiya kampaniyaları daxildir. MİVD vurğulayıb ki, bu cür hərəkətlər casusluğun ənənəvi formalarını kiberhücumlar və cəmiyyətə təsir və zərbə vurmaq cəhdləri ilə birləşdirir. Hollandiya kəşfiyyatı bir daha Şimal dənizində infrastrukturun xəritəsini çəkən Rusiya təşkilatlarının fəaliyyətindən, o cümlədən casusluq və internet kabellərinə, su təchizatı sistemlərinə və elektrik şəbəkələrinə qarşı mümkün təxribatdan narahatlığını ifadə edib.

Noyabrın əvvəlində Britaniya kəşfiyyatının rəhbəri Rusiyanı Moskva ilə əlaqəli olduğu iddia edilən çoxsaylı kiberhücumlar və yandırma aksiyaları da daxil olmaqla, Avropada təxribat kampaniyaları təşkil etməkdə ittiham etmişdi.

Rusiya tərəfi bütün ittihamları rədd edir.

AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.