“iPhone 17 Pro”nun korpusları “sızdırıldı”
Bu gün, 16:34

“iPhone 17 Pro”nun korpusları “sızdırıldı”
“Apple” “iPhone 17 Pro” ilə uzun müddətdir davam etdiyi dizayn xəttində əhəmiyyətli dəyişiklik edəcək.
İndex.az xəbər verir ki, yeni “iPhone 17 Pro”da “kamera adası” nəzərəçarpacaq dərəcədə böyükdür. “Apple”in klassik üçlü kamera sxemi saxlansa da, bu kamera sistemi daha geniş və fərqli dizayn edilmiş yeni platformaya yerləşdirilib.
Bu dizayn çoxları tərəfindən “Google Pixel” seriyasındakı “kamera adası” ilə müqayisə edilmişdir. Görünüşdəki bu dəyişiklik “Apple”in fərqli bir anlayışla estetik xəttini yenidən nəzərdən keçirdiyini göstərdi.
Sızan korpus şəkilləri, “Apple”in bu yeni dizaynı zərif və şık bir şəkildə tamamlamaq üçün rəngli və uyğun aksesuarlar hazırladığını ortaya qoydu. Müxtəlif tonlarda olan qutular cihazın yeni kamera modulu ilə necə görünəcəyi barədə konkret fikir verir. Yeni dizayn brendin adi sadəlik anlayışından uzaqlaşma kimi şərh edilib.
“Apple”in bu yeni “kamera adasını” yalnız “iPhone 17 Pro” modelində istifadə edəcəyi, seriyanın standart “iPhone 17” modelinin isə “iPhone 16” dizaynını qoruyacağı deyilir. Seriyaya daxil olması gözlənilən “iPhone 17 Air” modelinin daha incə və zərif kamera çıxıntısı ilə gələcəyi də iddia edilmişdi.