Bitkoinin qiyməti kəskin artdı

23-04-2025, 00:13           
Bitkoinin qiyməti kəskin artdı
Son sutka ərzində bitkoinin qiyməti kəskin şəkildə artaraq mart ayından bəri ilk dəfə 90 min dollar həddini keçib. Ticarət platformalarının məlumatına görə, 22 aprel tarixinə olan vəziyyətə əsasən, kriptovalyutanın dəyəri 2,54 faiz artaraq 90,47 min dollara çatıb.

Teleqraf xəbər verir ki, bitkoinin dəyəri 25,6 unsiya qızıla bərabər olub.

Son iki həftə ərzində ABŞ ilə Çin arasında ticarət gərginliyi səbəbilə qızılın qiyməti 10 faiz artıb. Nəticədə bitkoin və qızıl arasındakı nisbət 2024-cü ilin noyabrında, ABŞ-də keçirilən prezident seçkiləri öncəsində müşahidə olunan səviyyəyə qayıdıb.

“Euler Analitik Texnologiyalar” şirkətinin mütəxəssisləri bildirirlər ki, bazarlardakı qeyri-müəyyənlik fonunda investorlar qoruyucu aktiv kimi yenidən kriptovalyutalara üz tuturlar. Bu tendensiya bitkoinin qızıl qarşısındakı dəyərinin bərpasına səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru