Rusiyanın raket-artilleriya anbarı partladıldı! Moskva yolu bağlanıb

23-04-2025, 00:17           
Rusiyanın raket-artilleriya anbarı partladıldı! Moskva yolu bağlanıb
Rusiyanın raket-artilleriya anbarı partladıldı! Moskva yolu bağlanıb
"Ukrainskaya pravda" nəşri xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyinin Baş Raket-Artilleriya İdarəsinin Vladimir vilayətində yerləşən 51 saylı cəbbəxanasında güclü partlayışlar baş verir. Obyektdə güclü partlayış baş verib, alışan cəbbəxanada ard-arda partlayışlar davam edir.
Moskva tərəfindən Kirjac istiqamətində yolların bağlandığı xəbər verilir.
Hadisə yerindən tüstü dumanı ucalır.
Silah anbarına yaxın ərazidə hərbi hissə yerləşir.
51 saylı cəbbəxana Ukrayna ilə sərhəddən 530 km məsafədə yerləşir.
Moskvadan şərqdə yerləşən hərbi obyekt 3,5 kv km sahəyə malikdir. Bəzi məlumatlara görə, orada 274 min tona qədər silah-sursat saxlanıla bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru