Mal əvəzinə qoyun əti, qoyun əvəzinə toyuq, toyuq əvəzinə... - "İstehlakçıların aldadılması yolverilməzdir"

Bu gün, 00:01           
Mal əvəzinə qoyun əti, qoyun əvəzinə toyuq, toyuq əvəzinə... -
Son zamanlar demək olar ki, bütün mağazaların vitrinlərində müxtəlif firmaların kolbasa və sosiska məmulatlarına rast gəlirik. Məhsullar kimi qiymətlər də fərqlidir. Ucuzdan ucuz olanı da var, qiyməti ceyran belində olanı da. Məhsulların üzərində olan etiket məlumatlarını oxuyanda məlum olur ki, hamısının tərkibində ət var. Bəzisində mal, bəzisində qoyun, bəzisində toyuq əti olduğu deyilən bu məhsulların tərkibində nəyin olmasını bircə istehsalçı firma bilir.

Biz nə yeyirik, yediyimiz kolbasa və ya sosiskanın tərkibində ət varmı, varsa nə ətidir, heyvanın hansı tərəfinin ətidir?
Ötən günlərdə sosial şəbəkələrdə üzərində qoyun şəkli olan kolbasının tərkibində qoyun ətinin olmaması ilə bağlı bir çməlumat yer almışdı. İstehlakçı qeyd edirdi ki, kolbasanın üzərində qoyun şəkli olsa da, etiket məlumatında qoyun ətinin adı çəkmir. Və istehlakçı bunu istehlakçının aldadılması kimi qəbul etmişdi.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi son bir ildə çox ciddi monitorinqlər aparır, məhsulların etiketləridə olan məlumatlarla tərkibində olan məhsulların uyğunluğunu təqib edir və bu monitorinqlə əsnasında bir neçə şirkətin istehsal etdiyi sular, yağlar ifşa edilib. Eyni zamanda kolbasa məəmulatlarının da monitorinqi aparılıb.

“Bir kolbosa məmulatının tərkibi camış əti idi, üstünə mal əti yazırdı. Bu, çox da böyük bir səhv deyildi, lakin onu da düzəltdirdi”-deyən ekspert qeyd edib ki, Qida təhlükəsizliyi agentliyi ilə keçən il İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyinin nəzdində olan Standart institutunda malların etiket məlumatlarına dair texniki komitənin yığıncağı olub. Texniki Komitənin üzvü olduğunu qeyd edən Eyyub Hüseynov bildirib ki, toplantıda malların etiket məlumatlarının tərkibi ilə düz gəlməsi məsələsi və standartın qəbul olunması barədə məsələ müzakirə olunub.

“Bütün hallarda istehlakçıların aldadılmasına yol vermək olmaz. Gərək ki, malın tərkibində nə varsa, o da yazılsın. Bütün hallarda yerli mallar xarici mallardan üstündür. Bütün hallarda və xaricdən gətirilən mallarda daha çox aldatma var. Xüsusən Rusiyadan, Belarusiyadan gətirilən ət məmulatlarına inam azalmalıdır. Çünki onlar çox kimyalaşmış olurlar. Əlbəttə, bu göstərilən şəkildə qoyun şəkil orada mütləq yığışdırılmalıdır və böyük bir istehlakçı aldadılması üçün bir jestdir. Lakin ola bilsin ki, qoyun quyruğu qarışdırılıb onun üçün foto yer alıb. Bu da istisna olunmur”-deyə ekspert bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.