Putin məmurların kütləvi ixtisarına başladı
1-01-2016, 09:58
Qanunda 10 % məmurun işdən azad olunacağı nəzərdə tutulub.
Rusiya prezidenti Vladimir Putin bəzi idarə və təşkilatlarda ştatların sayının azaldılması barədə fərman imzalayıb.
ANS PRESS-in məlumatına görə, sərəncama əsasən bu, Prezident Administrasiyası, FHN , Müdafiə Nazirliyi, Məhkəmə İcraçıları Federal xidməti, prokurorluq orqanları və bir sıra digər idarələrin işçilərinə aid edilir.
Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, qanun layihəsi müxtəlif nazirliklərdə və idarələrdə, o cümlədən İstintaq komitəsi və Baş Prokurorluq və onlara tabe olan idarələrdə məmur aparatının azaldılmasına yönələn ardıcıl işlərin davamıdır. Qanunda 10 % məmurun işdən azad olunacağı nəzərdə tutulub.
21 dekabrda Baş nazir Dmitri Medvedyev yanvarın birindən dövlət mülki qulluqçularının sayının 10% azaldılması haqqında qanun imzalayıb.
Eynilə dekabr ayında dövlət qulluqçularının, hakimlərin və hərbçilərin əmək haqlarının 2016-cı ildə indeksləşdirilməsi haqqında qanun qəbul edilib.