Dubayda mayın 27-də kinoteatrlar və idman zalları açılacaq

26-05-2020, 07:40           
Dubayda mayın 27-də kinoteatrlar və idman zalları açılacaq
Dubay Əmirliyində mayın 27-dən etibarən bir sıra biznes sahələrinin fəaliyyəti bərpa ediləcək.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Dubay vəliəhd şahzadəsi Həmdan bin Rəşid Əl Maktum Böhran Vəziyyətlərinin İdarə edilməsi üzrə Ali Şuranın iclasında bildirib.

O qeyd edib ki, hökumətin müvafiq qərarına görə, həmin tarixdən, həmçinin, kinoteatrlar və idman zalları saat 06.00-dan 23.00-dək fəaliyyət göstərəcək: “İctimai yerlərdə tibbi maska taxmaq və iki metrlik sosial məsafə gözləniləcək.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliyi Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə pandemiyanın başlandığı gündən bəri koronavirus infeksiyası hallarının sayı 30 mini keçib, 248 nəfər vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru