Koronavirusa yoluxduğu deyilən Kadırov iclas keçirdi - Foto

27-05-2020, 00:02           
Koronavirusa yoluxduğu deyilən Kadırov iclas keçirdi - Foto
Koronavirusa yoluxduğu deyilən Çeçenistan rəhbəri Ramzan Kadırov bu gün Covid-19-la mübarizə üzrə Operativ qərargahın iclasını keçirib.

Teref.az xəbər verir ki, bu barədə o, Telegram səhifəsində məlumat verib.

“Bayramdan sonra operativ qərargahın iclasında məsul şəxslərin məruzələrini dinlədim. Ümumilikdə xəstəxanalarda, o cümlədən regionun iqtisadiyyatında vəziyyət stabildir. Biz artıq koronavirusla mübarizə haqda kifayət qədər faydalı məlumat toplamışıq. Əminəm ki, tezliklə regionda, həmçinin, bütün Rusiyada vəziyyət yaxşılığa doğru dəyişəcək”, - deyə Kadırov yazıb.

Kadırovun köməkçisi Əhməd Dudayev “TASS”a açıqlamasında onun səhhəti ilə bağlı hər hansı narahatlığının olmadığını bildirib: “Ramzan Əhmədoviç operativ qərargahın iclasını özü aparıb. O, çox yaxşı əhvaldadır, sağlamdır və özünü əla hiss edir. Onun səhhəti ilə bağlı hər hansı narahatlığa əsas görmürük”. /Qafqazinfo













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru