Yalançı “soyqırım” ABŞ-da təhsil proqramına salındı - Ermənipərəstlik sərhəd tanımır...

8-06-2020, 00:16           
Yalançı “soyqırım” ABŞ-da təhsil proqramına salındı -
Moderator.az erməni mediasına istinadən xəbər verir ki, cümə axşamı ABŞ-ın Kolorado ştatının Nümayəndələr Palatası Erməni Soyqırımı və Holokostun dövlət məktəblərində tədrisi haqqında 1336 saylı qanun layihəsini yekdilliklə qəbul edib.

Amerika Erməni Milli Komitəsi (ANCA) Nümayəndələr Palatasının üzvləri Dəfnə Mayklson Janetə, Emili Sirota, senator Stiv Fenberqə, həmçinin Dennis Hisis, Daney Esqar və Dominik Morenoya təşəkkürlərini bildirib.

Demokrat Daneya Esqar deyib:“Anlamadım ki, niyə heç vaxt xalqımızın soyqırımı haqqında danışmamışıq. Şagirdlərə bu barədə danışmaq bizim üçün çox vacibdir”.

Qanun layihəsi Kolaroda senatında müzakirə ediləcək, sonra imzalamaq üçün qubernatora göndəriləcək.

Redaksiyadan: Əgər bu gün ABŞ-ın NATO üzvü kimi müttəfiqi Türkiyəyə təzyiq vasitəsi kimi müxtəlif ştatlar yalançı erməni “soyqırım”ını indi də tədris etmək haqqında qanunlar qəbul edib, qərarlar verirlərsə, bir gün də Dağlıq Qarabağın tanınmasını ABŞ- Konqresindən tələb edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru