Putinin keçmiş müşavirindən sensasion koronavirus açıqlaması : "Rusiyada 15-20 min adam ölüb, hökumət rəqəmləri gizlədir"

8-06-2020, 08:58           
Putinin keçmiş müşavirindən sensasion koronavirus açıqlaması :
Rusiya prezidenti Vladimir Putinin keçmiş müşaviri Andrey İllarionov rəsmi Moskvanın koronavirusla bağlı açıqladığı rəqəmlərə inanmadığını deyib.

Avropa.info xəbər verir ki, Andrey İllarionov həqiqi rəqəmlərin daha çox olduğunu iddia edib.

“Bu, danılmaz bir həqiqətdir. Rusiyada ölümlərin daha çox olduğu barədə danılmaz faktlar mövcuddur. Aprel ayında koronavirus səbəbiylə ölənlərin sayı rəsmi rəqəmlərdən ən azı iki qat çoxdur. Rusiyanın digər bölgələrində vəziyyət daha da pisdir. Sankt-Peterburq şəhərində ölüm nisbəti açıqlanan rəqəmlərdən 12 qat, Dağıstanda isə 25 dəfə çoxdur. Ümumiyyətlə, Rusiyada ölənlərin sayı açıqlanan rəqəmlərə görə 4-5 min yox, 15-20 min civarındadır"- Andrey İllarionov belə deyib.

Avropa.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru