Pekin sakinlərinə 1,7 milyard dollar payanacaq - Bundan əvvəl ölkənin 50 şəhərinə şamil olunub

9-06-2020, 02:29           
Pekin sakinlərinə 1,7 milyard dollar payanacaq -
Pekin şəhərinin hakimiyyəti yerli iqtsadiyyatı dəstəkləmək və istehlakı stimullaşdırmaq məqsədilə sakinlərə ümumi məbləği 12,2 milyard yuan (1,7 milyard dollar) təşkil edən vauçerlər paylamağa başlayıb.

Bundan əvvəl sözügedən təcrübə Çinin 50 şəhərinə, o cümlədən, Uhan şəhərinə şamil edilib.

Vauçerləri mağazalarda, restoranlarda və kafelərdə, İnternetdə alış-veriş etməkdə istifadə mümkün olacaq, onları idmana, turizmə və təhsilə xərcləyə biləcəklər.

İlin ilk 4 ayı ərzində şəhərdə pərakəndə ticarət 20,4 faiz azalıb. Milli statistika bürosunun məlumatına görə, bu, hətta ölkə üzrə izolyasiya dövrüdəkindən də (16,2 faiz) çoxdur.

Bundan əvvəl, böhran fonunda əhalinin dəstəklənməsi proqramını Yaponiya, Sinqapur, ABŞ, İspaniya və bəzi digər ölkələr və ya ayrıca şəhərlər həyata keçirib.azpolitika/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.