Astronavtlarını kosmosa daşıdıq, bizə lağ edirlər...

9-06-2020, 08:41           
Astronavtlarını kosmosa daşıdıq, bizə lağ edirlər...
İllərdir astronavtlarını kosmosa daşıdıq, təşəkkür etmək əvəzinə lağ edirlər.

Axar.az xəbər verir ki, bunu “Roskosmos”un rəhbəri Dmitri Roqozin bildirib.

"Tərəfdaşlarımız nəhayət uğurlu sınaq keçirdikdən sonra bizimlə ya zarafat edirlər, ya da lağ edirlər. Bundan başqa bir şey görmədik. Ancaq onlar son illərdə dünyanın ən etibarlı idarə olunan kosmik gəmisini modernləşdirməyə davam edən sovet dizaynerləri və rus mühəndislərinə təşəkkür etməli idilər", - D.Roqozin vurğulayıb.

Qeyd edək ki, "Speys X" şirkəti astronavtları kosmosa göndərdikdən sonra Rusiyaya qarşı istehzalı açıqlamalar verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru