Dünya Bankı: Bu il qlobal ÜDM 5,2% azalacaq

9-06-2020, 09:45           
Dünya Bankı:
Dünya Bankı qlobal iqtisadi artımla bağlı yeni proqnozlarını açıqlayıb.

"Report" xəbər verir ki, qurum bu il dünya üzrə ümumi daxili məhsulun (ÜDM) 5,2% azalacağını, gələn il isə 4,2% artacağını proqnozlaşdırır.

Xatırladaq ki, bundan əvvəlki proqnozda müvafiq olaraq 2,5% və 2,6% iqtisadi artım olacağı bildirilirdi.

Dünya Bankı koronavirus (COVID-19) pandemiyasının ən çox zərər vurduğu Çin iqtisadiyyatının bu il 1% böyüyəcəyini, ABŞ və avrozona iqtisadiyyatlarının isə 6,1% və 9,1% kiçiləcəyini, 2021-ci ildə isə müvafiq olaraq 6,9%, 4% və 4,5% böyüyəcəyini proqnozlaşdırır.

Ümumilikdə inkişaf etmiş iqtisadiyyatların bu il orta hesabla 7%, inkişaf etməkdə olan iqtisadiyyatların isə orta hesabla 2,5% kiçiləcəcəyi proqnozlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru