Səhiyyə Nazirliyinin sözçüsü işdən çıxarıldı

9-06-2020, 14:41           
Səhiyyə Nazirliyinin sözçüsü işdən çıxarıldı
Koronavirus pandemiyası ilə bağlı Çini yanlış məlumat verməklə günahlandıran İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur vəzifəsindən azad edilib.

Cebhe.info xəbər verir ki, Səhiyyə naziri onun yerinə Sima Sadat Larini təyin edib. Nazir Sait Nemeki yeni mətbuat katibinə xəbərdarlıq edib:

"Sözçü tərəfindən dilə gətirilən hər bir məsələ nazirliyin rəsmi rəyi olaraq qəbul edilir. Ona görə də mətbuatda və sosial mediada hər hansı bir açıqlama verməzdən əvvəl mənimlə məsləhətləşməlisiz".

Qeyd edək ki, sabiq mətbuat katibinin tənqidləri müxtəlif kəslər tərəfindən mənfi reaksiyalara məruz qalmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru