Putin “uşaq pulunu” ikiqat artırdı

9-06-2020, 15:18           
Putin “uşaq pulunu” ikiqat artırdı
Rusiya prezidenti Vladimir Putin Uşaq müavinətlərinin ikiqat verilməsi haqqında qanun imzalayıb. Bizimxeber.az “Lenta”ya istinadən xəbər verir ki, sənəd 8 İyun bazar ertəsi günü rəsmi hüquqi məlumat portalında dərc olunub.

Sənədin mətninə görə, uşağa qulluq üzrə aylıq minimal müavinət 1500 rubl (33 AZN) əvəzinə 6752 rubl (150)təşkil edəcək. Hər bir sonrakı uşaq üçün isə 3000 rubl (66 AZN) təşkil etməlidir. Sənədə əsasən müavinətlərin maksimum ölçüsü 6000-dən (133 AZN)13504-ə (300 AZN) qədər artırılıb.

Daha əvvəl Putin koronavirus pandemiyası fonunda əhaliyə dəstək məqsədilə uşaqlı ailələrə əlavə olaraq birdəfəlik ödənişlər barədə sərəncam təsdiqləmişdi. 3 yaşdan 16 yaşa qədər olan hər bir uşaq üçün 10 min rubl (222 AZN), 3 yaşadək uşaq üçünsə - 5 min (111 AZN) rubl verilir. Bu qərardan sonra ruslar dövlət xidmətlərinin portalı vasitəsilə vəd edilən ödənişləri almaq üçün müraciət etməyə başlayıb. İlk saatlar ərzində 70 mindən çox rusiyalı ərizə təqdim edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru