Meksikada dövlət binaları dağıdılır, banklar yandırılır

9-06-2020, 15:23           
Meksikada dövlət binaları dağıdılır, banklar yandırılır
Meksikanın paytaxtı Mexiko şəhərində polis zorakılığına etiraz edən nümayişçilər dövlət binalarına hücum edib. Bizimxeber.az bildirir ki, ABŞ-da afroamerikalı Corc Floydun öldürülməsindən sonra bütün dünyada başlayan etirazlar Meksikada da şiddətli hadisələrə yol açıb. Meksikanın Xalisko ştatında polis tərəfindən tutulduqdan sonra həyatını itirən Giovanni Lopezin ölümünə görə etirazçılar polisin məsuliyyətə cəlb olunmasını tələb edib.

Bundan əlavə, 16 yaşında bir qızın keçən cümə günü polis tərəfindən zorakılığa məruz qalması ilə bağlı iddialar etirazların şiddətini daha da artırıb. Qara geyinən və maska taxan etirazçılar bankları, kafeləri və ictimai binaları dağıdıblar.

Polis nümayişçilərə gözyaşardıcı qazla müdaxilə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru