ABŞ polisi daha bir qaradəriliyə qarşı zorakılıq edib

9-06-2020, 15:32           
ABŞ polisi daha bir qaradəriliyə qarşı zorakılıq edib
ABŞ-da polis zorakılığı nəticəsində ölən afro-amerikalı Corc Floydla bağlı davam edən qarşıdurmalar səngiməmiş polislə qaradərili şəxs arasında ikinci buna bənzər hadisə daha yaşanıb.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Virciniya ştatında daha bir qaradərili şəxs polis tərəfindən zorakılığa məruz qalıb.

Polis tərəfindən çəkilən videoda saxlanılan şəxsin “Fairfax County” meydanında gəzərkən narahat hərəkətləri diqqəti cəlb edib. Hadisə yerinə gələn tibb işçisi əvvəlcə onu sakitləşdirməyə çalışıb. Bir müddət sonra isə polis məmuru Tayler Timberleyk elektroşok silahını işə salıb. Bir neçə dəfə elektroşok silahla qaradəriliyə atəş açıb. Videoda digər polis və tibb işçisi tərəfindən onu zərərsizləşdirmək üçün tətbiq etdikləri sərt müdaxilə diqqətdən yayınmayıb.
Qeyd edək ki, 8 ildir polis işləyən Timberleykin günahı sübut yetirilərsə, onu 36 aya kimi həbs cəzası gözləyir. Eyni vaxtda orada olan digər polis məmurları da tutduqları vəzifədən uzaqlaşıdırlıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.