Bu dövlət özünü koronavirusdan azad ölkə elan etdi - Məhdudiyyətləri götürdü

9-06-2020, 18:28           
Bu dövlət özünü koronavirusdan azad ölkə elan etdi -
Yeni Zelandiyada koronavirusla bağlı tətbiq olunmuş məhdudiyyətlər iyunun 9-dan etibarən aradan götürülüb, ancaq ölkənin sərhədləri hələlik bağlı qalır. Bu barədə hökumət bəyan edib.

Baş nazir Casinda Ardernin sözlərinə görə, ölkədə daha koronavrusa yoluxmalar müşahidə olunmur, sonuncu yoluxmuşda isə son 48 saatda simptomlar müşahidə olunmur. O, sağlam elan olunub, amma hələlik izolyasiyada saxlanır. Son 17 gündə ölkədə yoluxma hadisəsi qeydə alınmayb.

«Əminlik var ki, indiki halda koronavirusun ötürülməsi imkanlarının kökü kəsilib. Ancaq kökün kəsilməsi hansısa bir vaxt anı deyil - uzunmüddətli, dayanıqlı prosesdir» - Baş nazir bildirib və əlavə edib ki, indi ölkə üçün yeni çağırış iqtsadiyyatın bərpasıdır.

Beləliklə, Yeni Zelandiyada iyunun 9-da bütün istehsal sahələri - mağazlar, ofislər… açılır və insanlar kampaniya halında toplaşıb, ölkə boyunca səyahətə çıxırlar.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru