Kremldən Lukaşenkoya cavab verdi: Rus oliqarxlar…

10-06-2020, 14:57           
Kremldən Lukaşenkoya cavab verdi:
Rəsmi Moskva Belarusdakı müxalifətin Rusiya oliqarxları tərəfindən maliyyələşdirilməsi məsələsinə aydınlıq gətirib.

Axar.az xəbər verir ki, Kremlin mətbuat katibi Peskov Rusiyada heç bir oliqarxın olmadığını deyib.

“Oliqarxlar siyasi hədəfləri olan və siyasətə təsir üçün öz pullarından istifadə etməyi arzulayan sahibkarlardır. Mənə bizim ölkədə oliqarxların olub-olmaması və onların Belarusda nəsə etmək istədikləri bəlli deyil”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədəki radikal müxalifətin rus oliqarxlar tərəfindən maliyyələşdirildiyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru