ABŞ Uxandakı konsulluğunun fəaliyyətini bərpa etmək istəyir

11-06-2020, 00:00           
ABŞ Uxandakı konsulluğunun fəaliyyətini bərpa etmək istəyir
ABŞ Çində yeni növ koronavirusun (COVID-19) aşkarlandığı və ən çox yoluxmanın qeydə alındığı Uxan şəhərindəki konsulluğunun fəaliyyətini bərpa etmək istəyir.

AZƏRTAC Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, Birləşmiş Ştatların Dövlət Departamenti məsələ ilə əlaqədar Konqresi məlumatlandırıb. Məlumatda Çində, o cümlədən Uxanda “COVID-19” infeksiyası ilə bağlı vəziyyətə nəzarətin yaxşılaşmasının Uxandakı konsulluğun fəaliyyətini bərpa etməyə imkan verdiyi qeyd olunub. Dövlət Departamenti konsulluğun iyunun 22-də fəaliyyətə başlamasını planlaşdırıb.

Qeyd edək ki, ABŞ tərəfi Uxandakı konsulluğun fəaliyyətini şəhərdə xüsusi karantin rejiminin elan edilməsindən bir gün sonra - yanvarın 24-də dayandırıb. Bir neçə gün sonra isə konsulluğun işçiləri, onların ailə üzvləri və şəhərdəki ABŞ vətəndaşları çarter reysi ilə təxliyə ediliblər.

Çində epidemioloji vəziyyətin yaxşılaşması ilə aprelin 8-də Uxana giriş-çıxış bərpa olunub. Mayın ikinci yarısında Uxanda bütün sakinlərin “COVID-19” testindən keçirilməsi prosesinin nəticəsində şəhərdə artıq heç kimin virus daşıyıcısı olmadığı müəyyənləşib. İyunun 4-də isə Uxan şəhərindəki son 3 pasiyent müalicəni başa vurublar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.