Tokio koronovirusla əlaqədar xəbərdarlığı aradan qaldırmağı planlaşdırır

11-06-2020, 08:57           
Tokio koronovirusla əlaqədar xəbərdarlığı aradan qaldırmağı planlaşdırır
Tokio hökuməti iyunun 11-də koronavirusa yeni yoluxanların sayı azalacağı təqdirdə, tətbiq etdiyi xəbərdarlığı aradan qaldırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı Tokio hökumətindəki mənbələrə istinadla məlumat yayıb.

Xatırladaq ki, paytaxt hökuməti infeksiyaya yoluxanların sayının artmasına görə iyunun 2-də “Tokio xəbərdarlığı” elan edib. Lakin son günlər vəziyyət xeyli sabitləşib. Ötən günün məlumatına görə, Tokioda cəmi 18 yoluxma halı qeydə alınıb ki, bununla da son dörd gündə həmin göstərici 20-dən aşağı olub. Bu isə o, deməkdir ki, xəbərdarlığın götürülməsi üçün 3 indikatordan ikisi aradan qalxıb.

Bununla yanaşı, xəbərdarlıq aradan qaldırılarkən mütəxəssislərin rəyi əsas götürüləcək. Hazırda onların məsələni araşdırdığı bildirilir. Qeyd edilir ki, onlar məhdudiyyətlərin ikinci dərəcədən üçüncüyədək yumşaldılması imkanlarını da araşdırırlar.

Qeyd edək ki, üçüncü mərhələ restoranların gecə yarıyadək işləməsini və karaoke klublarının biznesi bərpa etməsini nəzərdə tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru