Düyünün qiyməti 40 faiz artdı - ABŞ-da vəziyyət pisləşir

11-06-2020, 15:34           
Düyünün qiyməti 40 faiz artdı - ABŞ-da vəziyyət pisləşir
ABŞ-da son 13 həftədə düyünün qiyməti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 40 faiz artıb.

Teleqraf.com xəbər verir ki, düyü qiymətləri 2011-ci ilin noyabr ayından bəri ən yüksək səviyyəyə çatıb. Son iki həftə ərzində məhsulun qiymətində 47% artım müşahidə olunub.

Koronavirusunun yayılması dünyada düyüyə olan tələbatı artırıb. Digər tərəfdən ABŞ-da yağan güclü yağışlar və Asiyada quraqlıq səbəbindən düyü istehsalı azalıb. Bunların nəticəsində qiymət artımı son 9 ilin rekordunu yeniləyib.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) məlumatına görə, 2019-cu ildə ölkədə düyü istehsalı 17 faiz azalaraq təxminən 8 milyon 900 min tona çatıb. Buna səbəb düyü, soya və qarğıdalı sahələrinin cəmləşdiyi Arkanzas, Missuri, Missisipi, Luiziana və Texas ştatlarında şiddətli yağışların məhsullara vurduğu zərər olub. Hava şəraitinin bu bahar yaxşı keçmçəsilə ABŞ-da düyü istehsalının önümüzdəki dövrdə təxminən 20 faiz artacağı və qiymətlərin azalacağı gözlənilir.

Düyünün ən çox istehsal olunduğu və istehlak edildiyi qitə olan Asiyada vəziyyət heç də fərqli deyil. Ancaq burada istehsalı yağış deyil, quraqlıq vurub. Tayland Düyü İxracatçılar Birliyindən verilən məlumata görə, ölkədəki quraqlıq səbəbindən 1 ton düyünün qiyməti 1133 dollara çatıb. Cənub-Şərqi Asiyada iyul-sentyabr ayları arasındakı musson mövsümü qiymətləri daha da artıra bilər. Musson yağışları Hindistan, İndoneziya, Tayland və Vyetnam kimi böyük istehsalçılara təsir edəcəkdir.

ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin açılamasında qeyd olunub ki, dünyada ikinci böyük düyü istehsalçısı olan Hindistanda pandemiya səbəbindən ixracat yavaşlayıb: “Limanlarda 50-60 faiz arasında göndərmə konteyner çatışmazlığı var. Bu da yük xərclərinin 32 faiz artması ilə nəticələnib. Düyü göndərmək üçün konteyner tapa bilməyən ixracatçılar zərərdədir".

Buna baxmayaraq, nazirlik 2020-ci il üçün düyü istehsalının rekord səviyyəyə - 500 milyon tona çatacağını təxmin edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.