Dünyada ən bahalı şirkətlər məlum olub

11-06-2020, 21:13           
Dünyada ən bahalı şirkətlər məlum olub
Hərracların nəticəsinə görə, “Apple” və “Microsoft” dünyada ən bahalı şirkət elan edilib. Bu o deməkdir ki, hər bir şirkətin kapitallaşdırma dəyəri 1,5 trilyon dolları ötüb. Bu, şirkətlər üçün rekord göstəricidir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, şirkətin bazar kapitallaşdırma dəyəri tədavülə buraxılmış bütün səhmlərin qiymətinin toplanması yolu ilə hesablanır. “Apple” şirkətində bir səhmin qiyməti 352,84 dollar, “Microsoft”da isə 196,84 dollar təşkil edib.

Texnologiya şirkətlərinin səhmlərinin qiyməti koronavirus pandemiyası vaxtı sürətlə yüksəlir. Məsələ ondadır ki, investorlar indi bu şirkətlərin səhmlərini ən təhlükəsiz hesab edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru