ABŞ generalı: Süleymaninin ölümü İranı çəkinməyə məcbur etdi

12-06-2020, 00:06           
ABŞ generalı:
Birləşmiş Ştatların regiondakı generalının dediyinə görə, ABŞ-ın pilotsuz təyyarəsinin yanvar ayında İraqda nüfuzlu İran generalı Qasım Süleymanini öldürməsi bu ölkəni Amerika aktivlərinə və Yaxın Şərqdəki müttəfiqlərinə hücumlarından çəkindirməsinə səbəb oldu.

"Düşünürəm ki, [Süleymaninin öldürülməsi] çəkinmənin kobud formasının yaranmasına təsiri olub " - deyə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) generalı Kennet F. Makkenzi Vaşinqton şəhərindəki Yaxın Şərq İnstitutunda etdiyi çıxışı zamanı bildirib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) əsas fiquru olan Süleymani ölkənin xaricdəki qüvvələrinə və hərbi əməliyyatlarına rəhbərlik edirdi. ABŞ prezidenti Donald Trampın əmri ilə Bağdadda həyata keçirilən əməliyyat zamanı Süleymani ilə birlikdə İran və İraqın bir neçə hərbi komandiri də öldürülüb.

Hücumdan bir neçə gün sonra İran ABŞ-ın İraqdakı iki bazasına onlarla ballistik raket ataraq, qisas alıb. Hücum zamanı ABŞ bazalarda ölən olmasa da, yüzdən çox Amerika əsgəri beyin xəsarətləri aldığını bildirib.

Makkenzinin sözlərinə görə, yanvar ayından bəri həm İranın özü, həm də onu təmsil edənlər birbaşa və ya dolayısı ilə hücumlarını azaldıb. O, Sülymaninin aradan götürülməsinin iranlılara ABŞ-ın qabiliyyəti və gələcək əməllərinə dair bir mesaj mahiyyəti daşıdığını bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.