Avropalılar pul xərcləmək istəmir

12-06-2020, 00:04           
Avropalılar pul xərcləmək istəmir
Avropada kafelər, restoranlar işini bərpa edir. Amma avropalılar əvvəlki qədər bədxərc deyillər. Onlar pullarını bank hesablarında saxlamağa, daha az xərcləməyə üstünlük verir.

Bizimyol.info xəbər verir ki, avropalılar pul xərcləmək istəmir. İşsizliyin artması, pandemiyanın ikinci dalğasının gözlənilməsi onları çox ehtiyatlı davranmağa vadar edir.

Avropanın 4 böyük ölkəsində - Fransada, Almaniyada, İtaliyada və İspaniyada mart və aprel aylarında bank hesablarında toplanan məbləğ 100 milyard avronu keçib. Hesablarda əvvəlki illərlə müqayisədə üç dəfə çox vəsait toplanıb. İkinci kvartalda ingilislərin də banklara daha çox üz tutduğu müşahidə edilib.

Avropa Mərkəzi Bankının proqnozlarına görə, ilin ikinci yarısında avropalılar daha çox pul xərcləməyə başlayacaq. Hərçənd, onların 58 faizi maliyyə problemləri ilə üzləşib. Hər üç avropalıdan biri gəlir itkisi ilə qarşılaşıb. Daha 30 milyon nəfərin işini itirəcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru