ABŞ Belarusa qarşı sanksiyaları uzatdı

12-06-2020, 00:03           
ABŞ Belarusa qarşı sanksiyaları uzatdı
ABŞ-ın Belarusa qarşı sanksiyaları bir il uzadılıb. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Trampın imzaladığı bildirişdə deyilir.

Mətndə qeyd olunub ki, “Belarus hökumətinin müəyyən üzvlərinin hərəkətləri və prinsipləri ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə təhlükə yaradır”.

Qeyd edək ki, Belarusa qarşı sanksiyalar 16 iyun 2006-cı ildə ölkədə keçirilən seçkilərdən sonra tətbiq olunmuşdu. ABŞ-da həmin seçkilər qeyri-demokratik adlandırılmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.