İranda koronavirusun ikinci dalğasının yaşanma təhlükəsi yaranıb.
Primetime.az xəbər verir ki, son sutka ərzində 2369 nəfərdə virus aşkarlanıb, 75 xəstə isə vəfat edib. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 182 542-yə, bu virusdan ölənlərin sayı isə 8 659-a yüksəlib.
Bu göstəricilər İranda ikinci dalğanın baş göstərəcəyi şübhələrini yaradıb.