Almaniyada koronavrusa yoluxanların sayı 186 mini ötdü

13-06-2020, 08:04           
Almaniyada koronavrusa yoluxanların sayı 186 mini ötdü
Almaniyada son gündə koronavirusdan daha 18 nəfər ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19-un statistikasını aparan Robert Kox İnstitutu bildirib.

Məlumata görə, ölkədə təhlükəli virusa yoluxma ilə bağlı qeydə alınanların sayı 348 nəfər artıb.

Qeyd edilir ki, bir gün əvvəl virusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 258, ölüm halları 8 təşkil edib.

AFR-də ümumilikdə yeni koronavirusa 186 022 yoluxma aşkarlanıb. Qərbi Avropa ölkəsində epidemiyanın başlanğıcından COVID-19-dan 8 781 pasiyent ölüb.

Virusa ən çox yoluxma halları Bavariyada (47 612) qeydə alınıb. Eyni zamanda Şimali Reyn-Vestfaliyada (39 137) və Baden-Vürtemberqdə (35 090) on minlərlə insan COVID-19-a yoluxub. Paytaxt Berlində isə 7 252 yoluxma aşkarlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru