Almaniya yeni miqrantları qəbul etməyə hazırdır

13-06-2020, 14:23           
Almaniya yeni miqrantları qəbul etməyə hazırdır
AFR-in Daxili işlər naziri Horst Zeyehofer pandemiya fonunda gözlənilməz təşəbbüslə çıxış edib.

AZƏRTAC xəbər verir ki, nazir Almaniya telekanalındakı çıxışında ölkəsinin yeni miqrantları qəbul etməyə hazır olduğunu və bu addımın İtaliya və Maltanın miqrant yükünü yüngülləşdirəcəyini söyləyib. Xatırladaq ki, bundan əvvəl Portuqaliya, Fransa və Lüksemburq da qaçqınları qəbul etməyə hazır olduqlarını bildirmişdilər. Almaniya epidemiya dövründə bu cür qonaqpərvərlik göstərən dördüncü ölkədir.

Almaniya DİN-in başçısı bu təşəbbüsün məhz dənizdə xilas edilənlərə aid olduğunu deyib. Nazirin sözlərinə görə, Berlin qaçqınları qəbul etməyə bundan əvvəl hazır olub, lakin pandemiya buna maneçilik törədib. Zeyehofer Almaniyaya İtaliya sahil xilasetmə xidmətlərinin kiçik qayıqlarda xilas etdiyi qaçqınların köçürüləcəyini vurğulayıb.

Zeyehofer hazırda Almaniyadakı vəziyyətin miqrantları qəbul etməyə imkan verdiyini söyləsə də, söhbətin nə qədər miqrandan getdiyini açıqlamayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.