Çində koronavirus yenidən yayılmağa başladı: Pekinin cənubunda hərbi vəziyyət elan edildi

14-06-2020, 08:30           
Çində koronavirus yenidən yayılmağa başladı: Pekinin cənubunda hərbi vəziyyət elan edildi
Çinin paytaxtı Pekinin Fentay rayonundakı bazarda bir gün əvvəl koronavirus aşkarlandığı üçün hərbi vəziyyət elan edilib.

“Reuters” xəbər verir ki, şəhərin ən böyük topdansatış mərkəzlərindən olan “Sinfadi”də koronavirus infeksiyası aşkar edilib.

Rayon rəhbərliyinin sözçüsü Çu Çzyunveyin sözlərinə görə, bazarda testdən keçirilən 517 nəfərin 45-də yoluxma müşahidə edilib.

Bundan əlavə, yeni koronavirus infeksiyası fonunda Pekin İdman Yarışları İdarəetmə Mərkəzi bütün idman tədbirlərini ləğv edib. Mərkəz bunun vətəndaşların sağlamlığını təmin etmək üçün hazırlanan təhlükəsizlik tələbləri ilə əlaqədar olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru