Yaponiyanın “Interstellar Technologies” şirkəti tərəfindən kosmosa buraxılan raket qəzaya uğrayıb

14-06-2020, 08:32           
Yaponiyanın “Interstellar Technologies” şirkəti tərəfindən kosmosa buraxılan raket qəzaya uğrayıb
İyunun 14-də Yaponiyanın “Interstellar Technologies” şirkəti tərəfindən kosmosa buraxılan raket qəzaya uğrayıb.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Hokkaydo prefekturasında yerləşən şirkət mini raketi yerli vaxtla səhər saat 5:15 dəqiqədə Tayki şəhərindəki ərazisindən buraxıb.

Şirkətdən bildiriblər ki, raketin mühərriki startdan təqribən bir dəqiqə sonra qəzaya görə dayanıb və raket dənizə düşüb.

İlkin təhlilə görə raketin təqribən 11 kilometr yüksəkliyə qalxdığı bildirilir. Raketin uçuşunu əks etdirən kadrlarda onun dənizə tərəf əyildiyi aydın görünür.

“Momo-5” adlanan raketin hündürlüyü 10 metr, diametri 50 santimetrdir. Bu ölçülər ötən ilin iyulunda buraxılan dördüncü raketlə eynidir.

Cari ilin yanvarında Şirkət “Momo-5”-in buraxılışını raketin kommunikasiya sistemində olan problemlərə görə təxirə salıb. Bundan sonra həmin çatışmazlıqların aradan qaldırılması üzərində iş aparılıb.

Qeyd edək ki, bu, “Momo” raketinin sayca beşinci buraxılışı idi. Yalnız ötən ilin mayında buraxılan üçüncü raket qarşıya qoyulan məqsədi həyata keçirərək 100 kilometr hündürlüyə qalxıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.