NASA-nın idarə edilən uçuşlar proqramına ilk dəfə qadın başçılıq edəcək - FOTO

14-06-2020, 08:46           
NASA-nın idarə edilən uçuşlar proqramına ilk dəfə qadın başçılıq edəcək - FOTO
Keti Lyuders

Keti Lyuders NASA-nın idarə edilən kosmik uçuşlar proqramına rəhbərlik edən ilk qadın olacaq.

Bu barədə “Report” “The New York Post”a istinadən xəbər verir.

Qeyd edilir ki, Lyuders birinci olaraq Amerikanın Beynəlxalq Kosmik Stansiyada idarə edilən gəmisinin işə salınmasına doqquz il rəhbərlik edib.


Keti Lyuders

Bundan başqa, təyinatı NASA-nın başçısı Cim Braydenstayn da özünün “Twitter”dəki səhifəsində elan edib. Onun sözlərinə görə, Lyuders bu vəzifə üçün "münasib insandır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru