İranda da şiddətli zəlzələ oldu

15-06-2020, 02:05           
İranda da şiddətli zəlzələ oldu
İranın cənubundakı Fars əyalətində 5,1 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Hələ ki dağıntı və tələfatla bağlı məlumat verilməyib.

Zəlzələnin baş verdiyi əraziyə xilasedici qruplar göndərilib.

Qeyd edək ki, bu gün Türkiyənin Bingöl şəhərində 5,8 bal gücündə zəlzələ olub. Hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb, 10-dan çox ev dağılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.