Ermənistanda milyonçu siyasətçi deputat toxunulmazlığından məhrum edildi
16-06-2020, 17:10
Çiçəklənən Ermənistan Partiyasının sədri və Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu siyasətçi Qaqik Sarukyan deputat toxunulmazlığından məhrum edilib.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, qanunverici orqan iyunun 16-da bununla bağlı Baş Prokurorluğun qaldırdığı vəsatətə baxaraq qərar qəbul edib.