ÜST: Koronavirusdan da dəhşətlisi GƏLİR - Yeni aşkarlanan virus epidemiyaya çevrilə bilər

16-06-2020, 19:20           
ÜST: Koronavirusdan da dəhşətlisi GƏLİR -
ÜST: Koronavirusdan da dəhşətlisi GƏLİR
Hindistanın cənubunda insanlar arasında yeni virus yayılmağa başlayıb.

“Report” İspaniyanın “Marca” nəşrinə istinadən xəbər verir ki, nipah adlanan bu virus beynin zədələnməsi və respirator xəstəliklərə yol açır.

Bu xəstəliyə düçar olanlar xüsusilə əzələ zəifliyi, boğazağrısı, hərarətdən şikayətlənirlər. Daha sonra isə bütün bu əlamətlər mərkəzi sinir sisteminin zədələnməsinə yol açaraq insanı komaya salır. İnfeksiya simptomsuz da inkişaf edə bilər.

Məlumata görə, Hindistanda virusdan artıq 18 nəfər ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssislərinin fikrincə, nipah virusunun dünyada epidemiya kimi yayılması təhlükəsi var.

Bildirilib ki, koronavirusda olduğu kimi bu virusun daşıyıcıları da əsasən yarasalardır.

Qeyd edək ki, ilk nipah alovlanması 1999-cu ildə Malayziyada qeydə alınıb. Virusun adı ilk qeydə alındığı Kampunq-Sunqay-Nipah kəndinin adından götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru