Çində koronavirus yenidən sürətlə yayılmağa başladı

17-06-2020, 10:07           
Çində koronavirus yenidən sürətlə yayılmağa başladı
Çin paytaxtında ötən gün 31 nəfərdə COVID-19 yoluxma qeydə alınıb.

Teref.az xəbər verir ki, bu barədə şəhərin Gigiyena və Sağlamlıq Komitəsi məlumat yayıb.

Yeni yoluxanların heç biri xaricdən gələn ölkə vətəndaşı deyil.

Son məlumata görə, şəhərdə pandemiya dövründə koronavirus infeksiyasına 577 nəfər yoluxub, 411 nəfər sağalıb, 9 pasiyent isə ölüb.

Bundan başqa şəhərdə COVID-19 infeksiyasının yeni ocağının aşkarlanması səbəbindən şəhərdə fövqəladə hazırlıq dərəcəsi 2-ci səviyyəyə qaldırılıb.

Qeyd edək ki, Pekində Asiyanın ən böyük ərzaq topdansatış bazarı olan “Sinfadi” ilə əlaqəli ilk COVID-19 yoluxması aşkarlanıb. Paytaxt ilə qonşu olan Hubey, Siçuan və Liaonin vilayətlərində də “Sinfadi” bazarı ilə bağlı olan yoluxma halları müəyyən edilib.Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru