"NATO dəvəquşu kimi davranmasın" - Fransız rəsmidən Türkiyənin hərbi gücü qarşısında acizliyin etirafı

17-06-2020, 17:24           
"NATO dəvəquşu kimi davranmasın" - Fransız rəsmidən Türkiyənin hərbi gücü qarşısında acizliyin etirafı
Türkiyə hərbi donanmasını NATO missiyasını yerinə yetirən Fransa hərbi gəmisinə qarşı təcavüzkar davranışda ittiham edən fransız siyasətçi şimal alyansını “dəvəquşu kimi davranmaqda” ittiham edib.

Avropa.info xəbər verir ki, “Reuters” agentliyinin xəbərinə görə, NATO müdafiə nazirləri iclasından əvvəl müsahibə verən Fransa Müdafiə Nazirliyinin rəsmisi alyans üzvlərini Türkiyənin son dövrlər müttəfiqlərinə qarşı davranışları qarşısında başlarını quma soxmamağa çağırıb.

“Alyans daxilində qarmaqarışıq vaxtlar oldu, amma dəvəquşu kini davranmaq olmaz, NATO-da Türkiyə problemi yox kimi davrana bilmərik. Bu problemi görmək, səsləndirmək və bununla maraqlanmaq məcburiyyətindəyik” – fransız rəsmi deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru