Çində yenidən həyəcan təbili çalınır - Pekində epidemiya artım mərhələsindədir

18-06-2020, 00:00           
Çində yenidən həyəcan təbili çalınır -
Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, Pekindəki vəziyyəti izləyir və yaxın vaxtlarda oraya öz ekspertlərini göndərəcək.

Pekində epidemioloji vəziyyətə nəzarətin mürəkkəbliyi artır, koronavirus epidemiyası artım mərhələsindədir.

Sputnik Azərbaycan -yə istinadən xəbər verir ki, bunu Pekinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbərinin müavini Pan Sinho deyib.

"Hazırda Pekində epidemiya hələ də artım mərhələsindədir və "Sinfadi" bazarının Pekində kənd təsərrüfatı məhsullarının ən iri bazarı olduğunu, böyük ticarət sahələrinə və yük axınına, eləcə də çox sayda işçiyə malik olduğunu nəzərə alsaq epidemiyanın yayılması riski böyükdür və (epidemioloji vəziyyətə – red.) nəzarətin mürəkkəbliyi artır", - Pan Sinho deyib.

O, həmçinin qeyd edib ki, xəstələnənlərin sayının artması müəyyən müddət ərzində davam edə bilər.

Bir qədər əvvəl, Pekinin "Sinfadi" ən böyük topdansatış bazarında epidemioloji araşdırma nəticəsində idxal edilmiş qızılbalığın kəsilməsi üçün taxtada koronavirusun izləri aşkar edilib.

Bazar iyunun 13-dən etibarən müvəqqəti olaraq bağlanıb, rayonda hərbi vəziyyət rejimi tətbiq olunub. Hakimiyyət orqanlarının sözlərinə görə, hazırda qızılbalığın virusun daşıyıcısı olub-olmamasına dair heç bir dəlil yoxdur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, Pekindəki vəziyyəti izləyir və yaxın vaxtlarda oraya öz ekspertlərini göndərəcək.

Çərşənbə günü səhərə olan məlumata görə, Pekində ötən gün yeni koronavirusa 37 yoluxma faktı aşkar edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru