Qadın övladları ilə koronavirusdan qaçaraq 500 kilometrdən çox məsafəni piyada qət etdi - VİDEO

18-06-2020, 00:12           
Qadın övladları ilə koronavirusdan qaçaraq 500 kilometrdən çox məsafəni piyada qət etdi - VİDEO
Peruda qadın və qızları koronavirus pandemiyası zamanı doğma kəndlərinə getmək üçün 560 kilometrdən çox yol qət ediblər.

"CNN" xəbər verir ki, qadın uşaqları ilə paytaxt Limaya böyük qızının universitetə qəbul olunması üçün gəlib. O, qızının hazırlıqlara qatılaraq ailədə ali təhsili olan ilk üzvü olmasının istəyib. Lakin koronavirus pandemiyasına görə qadının planları baş tutmayıb.

Qadın İki ay ərzində uşaqları ilə birgə yemək və mənzil üçün pul tükənənə qədər karantində qalıb. Daha sonra isə onlar evə qayıtmağa məcbur olublar. Pandemiya səbəbindən nəqliyyatın fəaliyyət göstərmədiyinə görə, onlar dağlardan keçərək kəndə piyada gediblər.

İki uşaq anası olan qadın bildirib ki, övladlarının həyatını təhlükəyə atdığını anlayıb, lakin başqa çarəsi olmayıb:"Sseçimim yox idi. Ya Limadakı otağımda ölməliydim, ya da həyatımı riskə atıb oradan çıxmağa çalışmalə idim".

Ailə bir həftə sonra Ukayali əyalətinə çatıb, lakin koronavirusdan qorunmaq üçün oraya giriş bağlı olub.

Qadına yalnız yerli liderlərlə danışıqlardan sonra icazə verilib.
Sonxeber.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.