İki ölkə koronavirus peyvəndinə başlayır

18-06-2020, 00:03           
İki ölkə koronavirus peyvəndinə başlayır
Almaniyada hazırlanan koronavirusa qarşı ilk peyvənd iki ölkədə insanlar üzərində sınaqdan keçiriləcək.

Cebhe.info xəbər verir ki, bu ölkələr Almanya və Belçikadır.

Artıq 168 könüllü seçilib. Onlar 18-60 yaşlı şəxslərdir. Peyvəndləmə iki klinikada aparılacaq və bu məqsədlə hər iki ölkədə xüsusi seçim edilib. Peyvəndin sınaqlarını dərman şirkəti olan “CureVac” aparıb və Almaniya hökumətindən icazə alınıb. Beləliklə, kliniki sınaqların ilk mərhələsinə start veriləcək.

Şirkətin mətbuat xidmətindən bildirilib ki, yaxın zamanda daha bir neçə peyvəndin kliniki sınağı aparılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru