Pentaqon hər yolla Trampı əngəlləyir - Vaşinqton Post

18-06-2020, 09:17           
Pentaqon hər yolla Trampı əngəlləyir -
ABŞ Müdafiə Nazirliyi Almaniyadan qoşunların ixtisar edilməsi prosesini qəsdən yavaşıdır və təxribata yol verir.

Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" məlumat yayıb.

Xəbərdə qeyd edilib ki, Pentaqon Trampın söylədiklərinə açıq şəkildə məhəl qoymur.

Bənzər vəziyyətin Əfqanıstandakı əsgərlərin geri çəkilməsi prosesi zamanı yaşandığını qeyd edən məlumatda vurğulanıb:

"Ağ Ev Əfqanıstandan 1000-ə qədər hərbçini geri çəkməklə Trampın seçkilərdəki vədini yerinə yetirməyə çalışır. Pentaqon isə hər yolla buna əngəl olmaq istəyir".

Qeyd edək ki, ABŞ lideri bir müddət öncəki açıqlamasında Almaniyadakı qoşunların sayını 25 minə qədər endirməyi planlaşdırdığını bəyan etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru