Avropadan Paşinyana ilk çağırış edildi

18-06-2020, 11:29           
Avropadan Paşinyana ilk çağırış edildi
Avropa Xalq Partiyası Ermənistanda demokratiyanın geriləməsinə dair çoxsaylı hallardan narahatdır.

Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində partiyanın rəhbəri Donald Tusk paylaşıb. O, Ermənistan hökumətini müxalifətə qarşı təzyiqlərdən çəkinməyə çağırıb.

Qeyd edək ki, Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyanın deputat toxunulmazlığı ləğv edilib. Çarukyana qarşı təzyiqlərə etiraz edərək, aksiya keçirənlərə isə zor tətbiq olunub və 100-dən artıq şəxs həbs edilib.

Ölkədə başlayan repressiyalara beynəlxalq qurumların səssiz qalmasına erməni siyasətçilər narazılıqlarını ifadə etmişdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru