Polşa bu halda Rusiya üçün təhlükədir - Peskov

20-06-2020, 09:06           
Polşa bu halda Rusiya üçün təhlükədir - Peskov
Polşa öz ərazisini NATO-nun hərbi infrastukturu üçün təklif etsə, Rusiya üçün təhlükə yarada bilər.

Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

“Polşa özü çətin ki, Rusiyaya təhlükə yaratsın. Lakin öz ərazisini üçüncü ölkəyə, yaxud NATO kimi təşkilata hərbi infrastruktur üçün verirsə, o zaman bu, bizim üçün təhlükədir”, - deyə rusiyalı rəsmi bildirib.

Qeyd edək ki, ABŞ Almaniyadan çıxarmağa hazırlaşdığı 9,5 minlik hərbi heyəti digər Avropa ölkələrinə, o cümlədən Polşaya yerləşdirmək istəyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru